EN

MEK-də “Anton Pavloviç Çexov 165” adlı sərgi açılıb

Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı Anton Pavloviç Çexovun 165 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.

MEK-dən TƏHSİL.BİZ - ə bildirilib ki, kitabxananın fondlarındakı nəşrlər əsasında təşkil olunan sərgidə yazıçının “Məmurun ölümü”, “6 N-li palata”, "Qağayı", "Üç bacı", "Albalı bağı", "Vanya dayı" və digər seçilmiş əsərləri, eləcə də haqqında yazılan əsərlər təqdim edilib.

1860-cı il yanvarın 29-da anadan olan Çeхоv dramaturq kimi klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb, ədəbiyyatın bir çox janrlarında yazıb-yaradıb, qələmi ilə yaşadığı dövrün ən real səhnələrini, ictimai həyatın maraqlı və ziddiyyətli tərəflərini əks etdirib. Dramaturq, hekayəçi, rus ədəbiyyatının mütərəqqi ənənələrini davam etdirən, eyni zamanda, novator yazıçı 1904-cü il iyulun 15-də vəfat edib.

Chosen
12
tehsil.biz

1Sources