EN

ABŞ Senatı təsdiqlədi: Maliyyə naziri kim oldu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Senatı ölkənin maliyyə naziri vəzifəsinə Skott Bessentin namizədliyini təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.
Qeyd edildiyi kimi, 68 nəfər Bessentin namizədliyini dəstəkləyib, 29 nəfər isə əleyhinə səs verib.
"Bessent yeni vəzifəsinə iqtisadiyyatın özəl sektorunda və bazarlarda zəngin təcrübəsini gətirəcək, həmçinin işləyən amerikalıların ehtiyaclarına qayğı göstərəcək", - deyə Senatdakı çoxluğun lideri Con Tun səsvermənin yekunlarından danışarkən bildirib.
Qeyd edək ki, Skott Bessent 1962-ci ildə Cənubi Karolinada anadan olub və Yel Universitetində təhsil alıb. Əvvəllər o, demokratları dəstəkləyib və Corc Soros üçün işləyib.
Senatda çıxışı zamanı o deyib ki, Prezident Donald Trampın dövründə ABŞ iqtisadi cəhətdən çiçəklənməyə başlayacaq. Bessentin sözlərinə görə, lazım gələrsə, o, Moskvanı danışıqlar masasına oturtmaq məqsədilə Rusiyanın ən böyük neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
Chosen
10
50
oxu.az

10Sources