Meksika Donald Trampın prezidentliyinin ilk həftəsində ABŞ-dən deportasiya edilən 4 mindən çox miqrantı qəbul edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib: “Yanvarın 20-dən 26-na kimi Meksika 4094 nəfər qəbul edib. Onların böyük əksəriyyəti meksikalıdır”. Onun sözlərinə görə, miqrantlar dörd mülki təyyarə ilə Mexiko hava limanına çatdırılıb: “Gələnlərin sayında ciddi artım olmasa da, Trampın gəlişindən sonra bir neçə gün ərzində azalma qeydə alınıb”.
Vəli Həsənoğlu,
KONKRET.az