EN

Qazaxıstan şist neftinin hasilatına başlayacaq

Qazaxıstanda şist neftinin hasilatına 2025-ci ildə başlamaq planlaşdırılır.

Day.Az Qazaxıstan KİV-lərinə istinadən xəbər verri ki, bu barədə Qazaxıstanın baş naziri Oljas Bektenov açıqlama verib.

 

"İlk şist neftin əldə olunması bu il gözlənilir", - deyə Bektenov bildirib və neft-qaz sektorunda investisiyaların cəlb edilməsi üçün əlavə stimulların yaradılacağını əlavə edib.

Qazaxıstan iqtisadiyyat nazirliyinin məlumatına görə, ölkənin 2024-cü ilin yekunları üzrə illik neft hasilatı 87.8 milyon ton neft təşkil edib. Bu öncəki təqvim ili ilə müqayisədə 2 faiz daha azdır. Neft hasilatının azalması iri yataqlarda aparılmalı olan genişmiqyaslı təmir işlərinə də təsirsiz ötüşməyib.

Chosen
18
19
day.az

10Sources