EN

“Sunday Times”: Qrenlandiya satılsa, birinci Britaniyanın onu almaq hüququ var

Qrenlandiya satılacağı təqdirdə Böyük Britaniyanın onu almaq üçün prioritet hüququ var. “Sunday Times” bu barədə Danimarkanın Qrenlandiya işləri üzrə keçmiş naziri Tom Heimə istinadən yazır.

O, belə bir razılaşmanın ingilislərlə mövcud olduğunu və bunun ABŞ prezidenti Vudro Vilsonun Danimarka Vest-Hind adalarını (Amerikanın Virciniya adaları) satın alması ilə bağlı razılaşmaların bir hissəsi olduğunu iddia edir.

“Əgər Tramp Qrenlandiyanı almağa çalışsa, əvvəlcə Londondan soruşmalı olacaq. 1917-ci ildə Böyük Britaniya tələb etdi ki, Qrenlandiya satılarsa, İngiltərə birinci əldə etmə hüququna malik olacaq”, deyə Heym bildirib.

Ülviyyə, Hurriyyet.az

Chosen
24
hurriyyet.az

1Sources