EN

İtkin düşmüş kişi torpağa yarı basdırılmış halda tapıldı

İtkin düşən 3 uşaq atası Kadir Tabazığ adlı şəxsin cəsədi tarlada yarıya qədər torpağa basdırılmış halda tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
 
Belə ki, Kadir Tabazığ yanvarın 12-də gecə saat 03:00 radələrində evindən çıxaraq geri qayıtmayıb. Ailəsi vəziyyəti polisə bildirib. Bütün axtarışlara baxmayaraq, Təbazığı tapmaq mümkün olmayıb.
 
Kadir Tabazığın axtarışları davam edərkən, dünən axşam saatlarında tarlaya toplaşan itlər diqqət çəkib. Yerli sakinlər itlərin toplandığı yerə gedərək yarı torpağa basdırılmış və qismən parçalanmış meyiti görüblər.
 
Xəbəri alan polis qrupları cəsədin Tabazığa aid olduğunu təyin ediblər. Cəsəd yarılmaq üçün morqa aparılıb.
 
Hadisə ilə bağlı araşdırma başladılıb.
 
Oksana

Chosen
13
3
azxeber.com

10Sources