EN

Qırğızıstan və Tacikistan torpaq sahələrinin qarşılıqlı mübadiləsi haqqında razılığa gəliblər

Qırğızıstan prezidenti Sadır Japarov bildirib ki, Qırğızıstan və Tacikistan sərhədyanı kəndlərdə torpaq sahələrinin qarşılıqlı mübadiləsi barədə razılığa gəliblər.

O, bu barədə “Kabar” dövlət agentliyinə müsahibəsində bildirib.

“Şahmat taxtası kimi düzülmüş, evləri bir-birinə qarışmış sərhəd kəndlərimiz var. Biz bu məsələni də həll etmişik”, – deyən Qırğızıstan prezidenti mövcud vəziyyətin hər iki dövlət üçün sərhədlərin mühafizəsi məsələsində narahatlıq yaratdığını qeyd edib.

Onun sözlərinə görə, Tacikistan vətəndaşlarının Qırğızıstan tərəfində yerləşən evləri Tacikistan tərəfi tərəfindən, ev təsərrüfatları Tacikistan ərazisində yerləşən ölkə vətəndaşları isə Qırğızıstan tərəfindən köçürüləcək.

Torpaq sahələrinin ölçüsünü nəzərə alaraq onlar üçün başqa yerdə evlər tikəcəyik”, – deyə dövlət başçısı bildirib.

DOĞRU.AZ

Chosen
10
dogru.az

1Sources