Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampdan Kiyevi Rusiya ilə danışıqlara cəlb etməyi tələb edib.
Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “İndependent” qəzeti məlumat yayıb.
“Zelenski Trampın dövründə Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün saziş bağlamağın mümkün olduğuna əminliyini ifadə edib, lakin Kiyevin sülh danışıqlarına cəlb olunmasını tələb edib”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az