EN

Bu qurumda nahar fasiləsi 48 dəqiqəyə endirildi

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda nahar fasiləsinin müddəti müəyyənləşib.

Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, institutda iş günü 48 dəqiqəlik nahar fasiləsi müəyyən edilməsi şərti ilə hər gün 8 saatdan ibarətdir (09­00- 1800).

İqtisadiyyat İnstitutu ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanılmış Kollektiv Müqaviləyə əsasən, iş həftəsi cəmi 40 saatlıq olmaqla 5 günlük iş həftəsindən ibarətdir. Həmkarların razılığı ilə işçilər əlavə vaxtda və ya iş günündə işə cəlb edilə bilər, bu zaman onların əmək haqları qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə tənzim olunur.

İşçinin yaxın qohumu vəfat etdikdə onun əmək haqqı ödənilməklə 3 günə qədər işə çıxmamasına icazə verilir.

Chosen
12
10
publika.az

10Sources