EN

Mask bu ölkəni dağıtmaq istəyir

Milyarder Bill Qeyts İlon Maskın ifrat sağçı siyasətçilərlə əlaqələrini və digər ölkələrin, o cümlədən Böyük Britaniyanın siyasətinə qarışmaq cəhdlərini “çılğın dəlilik” adlandırıb.

Son həftələrdə Mask on il əvvəl baş vermiş zorlama qalmaqalını ört-basdır etdiyi iddiası ilə Britaniya siyasətçilərinə qarşı bir sıra hücumlara başlayıb.

Publika.az xəbər verir ki, “The Guardian” qeyd edir ki, Böyük Britaniya hazırda Maskın bəzi bizneslərini, o cümlədən “X” sosial şəbəkəsini məhdudlaşdıran yeni internet təhlükəsizliyi qanunu hazırlayır.

Bill Qeyts Maskı təkcə sağçı siyasətçiləri deyil, hətta daha da ifrat sağçıları dəstəklədiyinə görə tənqid edib.

Mask həmçinin ifrat sağçı, anti-immiqrant Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyib.

“Demək istəyirəm ki, bu dəlilikdir. AfD-nin tərəfdarısınız... Əgər kimsə çox ağıllıdırsa, o, necə kömək edə biləcəyi haqda düşünməlidir. Amma bunlar populist hisslərdir”, - Qeyts deyib.

Chosen
18
2
publika.az

3Sources