EN

Ukrayna PUA-ları vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri müxtəlif bölgələrdə Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını vuraraq gecə vaxtı pilotsuz təyyarələrin hücumunu uğurla dəf edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1 PUA Belqorod vilayəti üzərində, ikisi Bryansk vilayəti və Krım üzərində səmada məhv edilib.

Gecə saatlarında bütün hava təhdidlərini qeydə alan və aradan qaldıran növbətçi hava hücumundan müdafiə ekipajları sayəsində hücum dərhal yatırılıb.

“Cebheinfo.az”

Chosen
5
48
cebheinfo.az

10Sources