EN

Çinin qızıl ehtiyatı 2300 tona yaxınlaşır

Çin Qızıl Assosiasiyasının (CGA) məlumatına görə, Pekin 2024-cü ildə qızıl ehtiyatlarını 44,17 ton artıraraq rekord səviyyəyə – 2279,57 tona çatdırıb.

KONKRET.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Çin qızıl ehtiyatlarına görə dünyada altıncı yerdədir. Ötən il ölkədə qızıl istehlakı 9,6% azalaraq 985,31 ton təşkil edib. Yerli və idxal olunan xammaldan ümumi qızıl metal istehsalı 2,85% artaraq 534,106 tona çatıb.

Çinin ən böyük şirkətləri 2024-cü ildə xarici mədənlərdən 71,937 ton qızıl hasil edib ki, bu da əvvəlki ilin həcmindən 19,1% çoxdur.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
5
konkret.az

1Sources