Azərbaycan milli komandasının üzvü Ayşən Əhmədova karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Sportal.az saytına verilən məlumata görə, millimizin müdafiəçisi “Krılya Sovetov”dan ayrılıb və Türkiyə klubu ilə anlaşıb.
O, Superliqada çıxış edən “Ünye Gücü” ilə müqavilə imzalayıb. Əhmədova ən azından mövsümün sonuna qədər Ordu şəhərinin təmsilçisinə kömək edəcək.
24 yaşlı müdafiəçi "Okjetpes"(Qazaxıstan), ALG Spor, "Rizespor", "Fomget"(hamısı Türkiyə) və PAOK klublarında oynamışdı.
saytlarin hazirlanmasi