EN

İsmayıllıda körpə niyə həyatını itirib?

Ötən gün İsmayıllıda körpə ölümü barədə məlumat yayılıb.

Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB körpənin ölüm səbəbini açıqlayıb.

Bildirilib ki,  23 yanvar 2025-ci il tarixində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü şəxs hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə müraciət edib. Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşağı dünyaya gəlib.

Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb. Lakin 24 yanvar 2025-ci il tarixində yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Chosen
4
50
modern.az

10Sources