İtaliyanın müdafiə nəhəngi Leonardo və türk pilotsuz təyyarə istehsalçısı Baykar potensial əməkdaşlığı müzakirə edirlər.
Herbiand.az bildirir ki, bu barədə Türkiyənin “Daily Sabah” nəşri Leonardo-nun baş direktoru Roberto Cinqolaniyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İtaliyanın aparıcı aerokosmik və müdafiə şirkəti Leonardo ilə Türkiyənin pilotsuz təyyarə istehsalçısı Baykarın texnologiyaları arasında güclü tamamlayıcılıq var.
Türkiyə şirkəti 2024-cü ilin sonunda İtaliyanın təyyarə istehsalçısı Piaggio Aerospace-i aldıqda diqqəti özünə cəlb edib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Leonardo dünyanın 13-cü, Avropanın isə ikinci ən böyük müdafiə şirkətidir.
Cinqolani əlavə edib ki, pilotsuz sistemlər üzərində birgə iş hər iki şirkət üçün, xüsusən də Avropada yeni bazarlar aça bilər. O, məxfiliyi əsas gətirərək ətraflı şərh verməkdən imtina edib.
Bəxtiyar CƏFƏRLİ