EN

Bakı metrosu ilə bağlı YENİ XƏBƏR

“Qatarların hərəkət intervalı payız-qış qrafikinin tələblərinə əsasən sərnişin axını istiqamətlərinə uyğun təmin edilir. Eyni zamanda Bakı metropoliteni infrastrukturunun mövcud texniki imkanları həddi xüsusi nəzərə alınır. Hazırda iş günlərində saat 7:00-10:00 və 17:30-19:30 aralığında “Əhmədli-28 May” hərəkət sahəsində 2 dəqiqə interval tətbiq edilir”.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qurumdan açıqlanıb ki, iki gur saat arasında interval qeyd edilən sahədə 2.5 dəqiqə təşkil edir:

“Xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, bu stansiyadan “Dərnəgül” və “İçərişəhər” stansiyaları istiqamətində intervallar iki dəfə artıq olur. Lakin diqqətə alınmalı digər məqamlar da var. Mövcud şəraitdə sıxlığın tənzimlənməsi əsas məqsədlərdən biridir. Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində səhər və axşam gur saatlarda sərnişin sıxlığının tənzimlənməsi məqsədilə qatarların hərəkət qrafikində bu və digər tənzimləmələr tətbiq edilir.

Səhər saatlarında sərnişin sıxlığının vaxtında iki qatar “Memar Əcəmi” stansiyasından geri qaytarılır. Məqsəd “20 Yanvar” və “İnşaatçılar” kimi sıx stansiyalarda axını tənzimləməkdir. Bu zaman “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarında interval iki dəfə artıq – 8 dəqiqədən yuxarı olur. Səhər sıx sərnişin axını vaxtı bir qatar “Neftçilər” stansiyasından “Koroğlu”ya qədər sərnişinsiz göndərilir. Bu da ən çox sərnişini olan “Koroğlu” stansiyasında sərnişin sıxlığını tənzimləmək üçün tətbiq edilir.

Günorta saatlarında “28 May” stansiyasında ifrat sıxlıq müşahidə olunur. Elektrik deposundan bir ehtiyat qatar “28 May” stansiyasına qədər sərnişinsiz göndərilir. Bu tənzimləmələrin müsbət təsirləri var. Hazırda mümkün digər tədbirlər və imkanlar da araşdırılır. Monitorinqlər davam edir. Sərnişin sıxlığının mümkün texniki imkanlardan istifadə etməklə optimallaşdırılması davam etdiriləcək”.

Chosen
20
3
editor.az

4Sources