2024-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2022,6 milyon manat az icra edilib.Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edib.
Teleqraf.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü il dövlət büdcəsi xərclərinin 21 milyard 800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə , 14623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə, 1295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.
2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulan4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı istifadə olunub.