EN

Azərbaycan səfiri etimadnaməsini Qətər Əmirinə təqdim edib

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətinə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov yanvarın 27-də etimadnaməsini Əmir Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Şeyx Təmim bin Həməd Al Tani səfir təyin olunması ilə əlaqədar Adış Məmmədovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əmir, həmçinin Qətər Dövləti ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsini və yüksəlməsini arzulayıb.

Səfir A.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qətər Əmirinə çatdırıb.

Şeyx Təmim bin Həməd Al Tani onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Qətər Əmiri Prezident İlham Əliyevin xətrini çox istədiyini, Azərbaycanın qardaş ölkə, Azərbaycan xalqının isə ona əziz olduğunu bildirib.

Chosen
18
2
azertag.az

10Sources