1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanvarın 7-də baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı artıb.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Los-Anceles Ədliyyə Tibb İdarəsindən məlumat verilib.
Məlumata görə, Poliseyds yanğınında 12, İton yanğınında 17 nəfər olmaqla, ölənlərin sayı 29-a çatıb.
Həmçinin Poliseyds yanğınının 95 faizinin nəzarət altına alındığı, 14 min 21 hektar əraziyə yayılan İton yanğının da 99 faiz nisbətində söndürüldüyü bildirilib.
Səlahiyyətlilər yanğın zonasında güclü yağış nəticəsində yaranan palçıq sellərinin zəhərli kül axınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Külün yanan avtomobillər, elektron əşyalar, şarj alətləri, tikinti materialları, boyalar, mebel və digər məişət əşyalarının zəhərli qarışığından ibarət olduğu qeyd edilib.
Həmçinin meteoroloqlar yanğından zərərçəkmiş ərazilərdə daha çox kül axını olacağı ilə bağlı xəbərdarlıq edib. Ərazini təmizləyən qruplara isə qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunub.