“Sabah 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçmək üçün seçicilər 5846 məntəqəyə gəlib səsvermə hüquqlarını həyata keçirəcəklər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
“Bu bələdiyyələr 118 seçki dairəsinin hüdudlarını əhatə edir. Amma bildiyiniz kimi 125 dairə var. 7-si müvəqqəti köçkünlərdən ibarət dairələr olduğu üçün o seçicilər seçkilərdə iştirak etməyəcəklər. 685 bələdiyyə azad olunmuş əraziləri əhatə etmir. Orada bələdiyyələr yaradılmayıb. Ümumilikdə hazırda 5 961 987 seçicimiz var”.
MSK sədri, həmçinin bələdiyyə seçkiləri ilə bağlı bütün addımların atıldığını qeyd edib: “Sabah keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK bütün addımları atıb. Müxtəlif seçkilərin hazırlanmasına məsul olan orqanlarla birlikdə bu məsələnin öhdəsindən yüksək səviyyədə gəlmişik. Səsvermə üçün bütün addımlar atılıb. Onlar sərbəst məntəqələrə gəlib səs verə bilərlər. Seçki ilə bağlı addımlar atılarkən MSK bu seçkilərin hazırlanıb keçirilməsinə məsul olan orqan kimi fəaliyyətini qurur. Əsas istiqamət şəraitin yaradılması ilə yanaşı namizədlərin qeydə alınması məsələsidir”.
Nuranə Daxilqızı