EN

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 1 % azalıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,1 % çox, 2023-cü illə müqayisədə isə 1 % azdır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 48,4 % təşkil edib.

Neft-qaz sektoru üzrə daxilolmaların 26,6 %-i və yaxud 4 milyard 780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 %-i və yaxud 408 milyon manatı sair daxilolmalar, 71,1 %-i və yaxud 12 milyard 781 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert təşkil edib.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49 %-i və yaxud 2 milyard 341 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 %-i və yaxud 1 milyard 774,5 milyon manatı ARDNF-nin ödədiyi müvafiq vergilər, 13,9 %-i və yaxud 665 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi olub.

Chosen
10
3
report.az

10Sources