İmza vərəqlərini qaytaran 16294 namizəddən 16238 nəfərin namizədliyi qeydə alınıb.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, imza vərəqi qaytaranların 99,7 %-i qeydə alınıb: “Bu çox böyük rəqəmdir. Sonrakı proseslərdə bunların bəziləri namizədliyini geri götürüb və yekunda 16092 nəfərin adı seçki bülletenlərinə daxil edilib və namizəd kimi qeydə alınıb”.