Bu həftə Avropa Liqasının Liqa mərhələsinin növbəti və sonuncu turu keçiriləcək.
Offsideplus.az xəbər verir ki, “Qarabağ” səfərdə “Olimpiakos”a (Yunanıstan) qonaq olacaq. Təmsilçimizin görüşünü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Radu Petresku olacaq. Onun köməkçiləri isə yan xətt hakimləri Radu Qinquleaç və Mirça Mihail Qriqoriu olacaq. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək.
Qeyd edək ki, “Olimpiakos” “Qarabağ” matçı yanvarın 30-da saat 00:00-da start götürcək. Ağdam təmsilçisi 36 komanda arasında 3 xalla 34-cüdür. Yunablar isə 12 xalla 12-ci sıradadır və pley-off şansları davam edir.