EN

Avtobus qəzasında 21 nəfər yaralanıb – Yenilənib


Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 21 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

***14:11
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Hadisə Lənkəran şəhəri ərazisində, Lənkəran-Boradigah-Masallı yolunda meydana gəlib.
Bildirilir ki, sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb
Qəza nəticəsində xəsarət alanlar var.
Chosen
6
50
yeniavaz.com

10Sources