EN

Bələdiyyə seçkilərində səs verəcək şəxslərin sayı açıqlanıb

Yanvarın 29-da bələdiyyə seçkilərində 5 milyon 961 min 987  nəfər səs. Bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib. 
 
Seçkilərdə 5846 seçki məntəqəsində səs vermək mümkün olacaq. 
 
Ölkədə mövcud olan 25 siyasi partiyadan 23-ü bələdiyyə seçkilərində rəsmi iştirak edəcək. 
 
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bələdiyyələrə ümumilikdə 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılıb. 
 
Bu vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq.
 
Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabrında baş tutub. 
 
Gülnar 

www.anews.az
Chosen
12
anews.az

1Sources