EN

Azərbaycan, Türkiyə və Özbəkistan Ankara Bəyannaməsini imzalayacaq

Azərbaycan, Türkiyə və Özbəkistan sabah qarşıdakı dövr üçün birgə Fəaliyyət Planının Yol Xəritəsini razılaşdıracaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sənəd üç ölkənin xarici işlər nazirlərinin yanvarın 29-da Ankarada keçiriləcək görüşünün yekunu üzrə imzalanacaq.

Agentliyin məlumatına görə, tərəflər Ankara Bəyannaməsini imzalayacaq və qarşıdakı dövr üçün birgə Fəaliyyət Planını qəbul edəcəklər.

Həmçinin Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Yol Xəritəsi razılaşdırılacaq.

Görüşün gündəliyinə xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Qeyd edək ki, danışıqlarda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanı və Türkiyəni isə XİN başçıları Baxtiyor Saidov və Hakan Fidan təmsil edəcəklər.

Daha əvvəl Özəkistan XİN-dən "Report"a bildirilmişdi ki, üçtərəfli görüşün gündəliyi əməkdaşlığın demək olar ki, bütün aspektlərini əhatə edir.

"Bu platformanı ölkələrimiz arasında istifadə olunmamış böyük potensialın reallaşdırılması üçün çox vacib meydança hesab edirik", - Özbəkistan XİN-in nümayəndəsi Ahror Burxanov qeyd edib.

Chosen
17
42
azpolitika.info

10Sources