EN

Millimiz Zaqrebə 40 pəhləvanla gedəcək

Azərbaycan güləş millisinin “Zaqreb Open” üçün heyətində dəyişikliklər olub.

İdman.biz-in əldə etdiyi məlumata görə, Xorvatiya paytaxtına aparılacaq pəhləvanların sayı artıb.

Bu, dəyişikliklər yunan-Roma güləşi millimizdə baş verib. Öncədən yarış üçün 17 “klassik”imiz sifariş olunmuşdusa, bu rəqəm 22-yə yüksəlib.

Düzdür, Rəşad Məmmədov (55 kq) iştirakçılar sırasını tərk edib. Əvəzinə Elmir Əliyev, Hüseyn Qəribov, Namaz Rüstəmov, Davud Məmmədov, Elmin Əliyev və İslam Abbasov Zaqrebə yollanacaq.

Yunan-Roma güləşi yığmasının turnir üçün heyəti: Eldəniz Əzizli, Elmir Əliyev (hər ikisi 55 kq), Nihad Məmmədli, Hüseyn Qəribov (hər ikisi 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Namaz Rüstəmov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Ruslan Abdullayev (hər ikisi 72 kq), Xasay Həsənli, Sənan Süleymanov, Davud Məmmədov (hər ikisi 77 kq), Qurban Qurbanov, Elmin Əliyev (82 kq), Rafiq Hüseynov, İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki, Sərxan Məmmədov (hər ikisi 130 kq).

Bununla da yığmamızın yarış üçün ümumi heyətindəki güləşçi sayı 40-a çatıb. Sərbəst güləşdə 12, qadınların yarışında 6 təmsilçimiz xalçaya çıxacaq.

Sərbəst güləş yığması: İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abbasov (79 kq), Arseni Cioyev (86 kq), Abubakr Abakarov, Osman Nurmaqomedov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, Qadjimurad Maqomedsaidov (hər ikisi 97 kq), Giorgi Meşvildişvili (125 kq).

Qadın güləşi yığması: Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Humay Qurbanova, Alyona Kolesnik (hər ikisi 59 kq), Ruzanna Məmmədova (62 kq), Zəhra Kərimzadə (72 kq).

Qeyd edək ki, turnirə fevralın 5-də start veriləcək.

İdman.biz

Məqalədə:
Chosen
3
2
idman.biz

3Sources