EN

Sülh danışıqları DAYANDIRILIR? – Azərbaycan öz mövqeyinə yenidən baxa bilər…

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəddində yerləşdirilən “müşahidə missiyası” Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib. Yeni yayılan görüntülərdən aydın olur ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşdirilən Aİ-nin “müşahidə missiyası”na məxsus maşın karvanı sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Bu missiya ilə bağlı dəfələrlə rəsmi Bakı narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Buna rəğmən, sözügedən avropalıların missiyası indiyə qədər fəaliyyətini davam etdirir.

Sülh danışıqları DAYANDIRILIR? - <span style=color:red>Azərbaycan öz mövqeyinə yenidən baxa bilər...

Maraqlıdır, Avropa İttifaqı və Ermənistan bununla nəyə nail olmaq istəyir? Xüsusilə son dövrlər missiyanın fəallaşması nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov deyib ki, Aİ-nin “müşahidə missiyası”nın addımları Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsinə yönəlib.

Sülh danışıqları DAYANDIRILIR? - <span style=color:red>Azərbaycan öz mövqeyinə yenidən baxa bilər...

Onun sözlərinə görə, Azərbaycanın Aİ ilə münasibətlərinin gərginləşməsi fonunda bu addımlar vəziyyəti daha da mürəkkəbləşdirir: “Aİ bu hərəkəti ilə Azərbaycana qarşı təzyiq yollarını işə saldığını göstərmək istəyir. Ermənistanla sülh danışıqları fonunda Aİ-nın bu məsələlərə aidiyyəti olmadığı halda prosesdə destruktiv iştirakı Ermənistanın revanşist dairələrinin və lobbisinin sifarişi ilə baş verir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi də buna mane ola bilmir. Çünki onlar da böyük ölçüdə Aİ-nın dəstəyindən asılı vəziyyətdədirlər. Məlum missiyanın mahiyyət etibarilə Azərbaycan üçün heç bir təsiri yoxdur. Sadəcə Azərbaycan öz sərhədlərində şübhəli missiya daşıyan təşkilatların dolaşmasını qəbul etmir. Bunu özünə qarşı yönəlmiş addımlar hesab edir. Hər hansı ölkənin sərhədində bu kimi fəaliyyət olarsa, təbii olaraq buna etiraz edər. Bu, əslində Azərbaycanın dövlət maraqlarına hörmətsizlikdir”.

Sülh danışıqları DAYANDIRILIR? - <span style=color:red>Azərbaycan öz mövqeyinə yenidən baxa bilər...

A.Qasımov vurğulayıb ki, Aİ-nin missiyasının müddətinin Ermənistan tərəfindən uzadılması durumunda Azərbaycan sülh danışıqlarında öz mövqeyinə yenidən baxa bilər: “Əgər rəsmi Bakı dəfələrlə öz etirazını bildiribsə və Aİ buna ciddi yanaşmadan öz əməllərini davam etdirməyi planlaşdırırsa, artıq Azərbaycana bu fəaliyyətə qarşı ciddi tədbirlər görmək məcburiyyətindədir. Missiyanın müddətinin Ermənistan tərəfindən uzadılması durumunda Azərbaycan sülh danışıqlarında öz mövqeyinə yenidən baxa bilər. Azərbaycan imkan verə bilməz ki, bu kimi təxribatçı missiya ilə dövlətin nüfuzuna xələl gəlsin. Ermənistan tərəfi bu nüansı ciddi qəbul etməli, bundan nəticə çıxarmalıdır. Nəticə çıxarılmamasının sonunu Ermənistan dəfələrlə görüb. Ona görə də bir daha Ermənistana dərs verməyə Azərbaycanı məcbur etməsinlər”.

Nailə QASIMOVA

Chosen
6
50
medianews.az

10Sources