Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 373 milyon 288 min manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 13,2% və ya 332 milyon 771,1 min manat çoxdur. 2023-cü ildə ictimai iaşə dövriyyəsi 2 milyard 41 milyon 516,9 min manat təşkil edib.
Məlumata görə, ötən il ictimai iaşə dövriyyəsi dövlət sektorunda 7,4%, qeyri dövlət sektorunda isə 13,3 % artıb.
Sərvanə Rəmixanova