EN

LSM: Reabilitasiya mərkəzi Trampın fərmanı ilə ukraynalıların təlimini dayandırıb

Latviyanın “Vayvari” reabilitasiya mərkəzi ABŞ prezidenti Donald Trampın digər ölkələrə maliyyə yardımını müvəqqəti dayandırmaq qərarından sonra ukraynalılar üçün təlimləri dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli LSM portalı məlumat yayıb.

“ABŞ prezidenti Donald Trampın ABŞ-ın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarı ilə əlaqədar “Vayvari” Milli Reabilitasiya Mərkəzi ABŞ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində ukraynalı mütəxəssislərin təlimini müvəqqəti dayandırıb”, – bəyanatda deyilir.

Chosen
4
nocomment.az

1Sources