EN

“Putin Trampı qıcıqlandıracaq və” - “Ukrayna Trampın sərfəli müqavilə bağlayacağına inanmır”

Ukraynada müharibəyə son qoymaq üçün mümkün sülh razılaşmasına dair ABŞ Prezidenti Donald Tramp və Ukrayna rəsmilərinin fikirləri fərqlənir.

“AzPolitika” xəbər verir ki, “Politico”-da dərc edilən məqalədə belə deyilir.

Qəzet yazır ki, Ukrayna hazırda Trampın sərfəli müqavilə bağlaya biləcəyinə inanmır: "Əvəzində, Ukrayna rəsmiləri ümidlərini ona bağlayırlar ki, Rusiya Prezidentinin inadkarlığı ABŞ prezidentini getdikcə daha çox qıcıqlandıracaq və Tramp Kiyevə daha çox birbaşa dəstək verəcək. Onlar hesab edirlər ki, Vladimir Putin yalnız Ukraynanın tam təslim olması ilə razılaşmaya gedə bilər, Tramp isə bu şərti qəbul etməyəcək”.

Nəşr qeyd edir ki, Tramp böyük ehtimalla Putini qorxuda və ədalətli həll yoluna sövq edə biləcəyinə inanır.

ABŞ rəsmilərindən birinin qəzetə dediyi kimi, Tramp özü belə nəticəyə gəlməlidir ki, Putin Ukraynanın yox, məhz Trampın qarşısında heç bir güzəştə getmək istəmir: "Ukrayna bütün dövr ərzində konstruktiv tərəf olmalıdır. Tramp və köməkçiləri rusların necəliyini öz üzərlərində hiss etməlidirlər, o zaman hər şeyi başa düşəcəklər".

Qəzet qeyd edir ki, Ukraynanın strategiyası Trampın nəhayət Putinə qarşı səbrini itirəcəyi ilə bağlı kifayət qədər mübahisəli fərziyyə üzərində qurulsa da, Tramp komandasının qəbul etdiyi fərziyyə - Putinin iqtisadi səbəblərə görə danışıqlara hazır olması da şübhəli görünür.

Qəzetin analitikləri hesab edir ki, Putinin indi müharibəni bitirmək üçün heç bir stimulu yoxdur, çünki o, geri dönüşün olmadığı nöqtəyə gəlib çatıb. Bundan əlavə, müharibəyə son qoymaq üçün Rusiya daxilində ciddi təzyiq yoxdur. Əksinə, müharibənin davam etdirilməsini istəyənlər var: "Müharibə pulları Rusiyanın yoxsul bölgələrinə yönəltdi və iqtisadi elitanın bir çox üzvləri gəlir imkanlarından istifadə etmək üçün müdafiə sektoruna keçdilər. Artıq elitalar Rusiyanın hazırkı konfiqurasiyasına uyğunlaşıblar. Sistem onlara nəinki sağ qalmağa, həm də qazanc əldə etməyə imkan verir".

“AzPolitika.info” 

Chosen
12
50
azpolitika.info

10Sources