EN

Məhkəmə Fərid Mehralızadənin qeyri-insani rəftardan şikayətini təmin etməyib

Yanvarın 28-də Səbail Rayon Məhkəməsində "Azadlıq" radiosunun jurnalsiti, həbsdə olan  Fərid Mehralızadənin saxlanıldığı zaman ona qarşı zorakılıq faktını prokurorluğun tanımaqdan imtina etməsilə bağlı şikayətinə baxılıb.

Onun xanımı Nərgiz Muxtarova Turan-a bildirib ki, Fərid saxlanılarkən fiziki zorakılığa məruz qalıb. O, küçədə başına torba keçirilərək oğurlanıb. Zorakılıqla maşına mindirilib, qolları qandallanıb. Zorla əlindən maşının açarlarını və telefonu alıblar. Yolda onu döyüblər.

Naməlum yerdə saxladıqdan sonra onu Bakı Baş Polis İdarəsinə aparıblar və orada başından torbanı çıxarıblar.

"İki dəfə prokurorluğa şikayətlə müraciət etdik, amma işgəncə faktını tanımadı", - Muxtarova deyib.

Şikayətdə küçə kameralarının görüntüləri, jurnalistin mobil telefonunun anten məlumatları istənilmişdi. Lakin istintaq zamanı prokurorluq bu məlumatları təqdim etməyib, təkcə polislərin ifadəsini alıb ki, Mehralızadəyə qarşı zorakılıq olmayıb.

Lakin Səbail məhkəməsi şikayəti təmin etməyib. Məhkəmənin qərarından şikayət veriləcək.

* Fərid Mehralızadə mayın 30-da saxlanılıb və “Abzas Media işi” üzrə cəlb edilib. Əvvəlcə onu xarici valyuta qaçaqmalçılığında ittiham ediblər. İstintaqın nəticələrinə görə, iş üzrə bütün müttəhimlərə qarşı Cinayət Məcəlləsinin iqtisadi cinayətlərə dair daha yeddi maddəsilə ittiham irəli sürülüb.

Chosen
6
10
turan.az

10Sources