EN

"Putin Leninin cənazəsini Mavzoleydən çıxarıb özünə yer hazırlamalıdır" - Aleksandr Duqin

 
"Biz Putin Mavzoleyinə fəth edəcəyimiz Avropa dövlətlərinin bayraqlarını və ələ keçirdiyimiz Qərb tanklarını gətirəcəyik..."
 
Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə Oktyabr inqilabının lideri Vladimir Leninin cənazəsini Mavzoleydən çıxarmaq və "oradakı yeri əsl imperator üçün azad etmək" təklif olunub.
 
Moderator.az xəbər verir ki, bu təklifi rusiyalı filosof və politoloq Aleksandr Duqin irəli sürüb. Məlumatı "comments.ua" nəşri yayıb.
 
"Bir dəfə yazmışdım ki, Putinə olan inam imperatora olan inam kimidir. Hesab edirəm ki, bizim imperatorumuzun müqəddəs rolunu tamamlamaq üçün çatışmayan bir sıra atributlar var. Onun gələcək dəfn yeri və müasir Böyük Rusiyanın bütün uğurlarına ibadət yeri hazırda çox çatışmayan bir şeydir", - Duqin bəyan edib.
 
O, bildirib ki, Kreml rəhbərinə Leninin cənazəsini Mavzoleydən çıxarmağı, bu binanı bir qədər yenidən qurmağı və onu hazırkı prezidentin dəfni üçün hazırlamağı təklif edib: "Ümid edirik ki, bu, yaxın zamanda baş verməyəcək, amma mütləq məhz orada olmalıdır".
 
Duqin qeyd edib ki, Vladimir Vladimiroviçə Leninin cənazəsini mavzoleydən çıxarmaq, "oradakı yeri əsl imperator üçün azad etmək", bu binanı bir qədər yenidən qurmaq, "xüsusi hərbi əməliyyat" dövründə toplanmış hərbi qənimətlərlə bəzəmək və mavzoleyi hazırkı prezidentin dəfni üçün hazırlamaq təklifi çatdırılıb. "Ümid edirik ki, bu, tez baş verməyəcək, amma mütləq orada olmalıdır", - o, əlavə edib.
 
"Putin mavzoleyinə artıq ibadət edilə bilər. Vladimir Vladimiroviç həyat yolunu başa vurduqdan sonra isə onun tabutuna növbələr düzüləcək. Biz bura yaxın illərdə və onilliklərdə fəth edəcəyimiz Avropa dövlətlərinin bayraqlarını və düşmənlərdən ələ keçirilmiş Qərb tanklarını gətirəcəyik", - Duqin vurğulayıb.
 
Kreml bu təklifin onlara həqiqətən çatdırıldığını təsdiq edib və bunun qarışıq reaksiya doğurduğunu vurğulayıb. Bir tərəfdən Putin üçün Mavzoleydə yer hazırlamaq təklifi təbəssümlə qarşılanıb.
 
Digər tərəfdən əlavə edilib ki, prezident Putin "hələ bir çoxlarından daha uzun ömür sürəcəyək" və o, artıq uzun müddətdir Leninin cənazəsini Mavzoleydən çıxarmaq barədə düşünür, indi bu proses sürətlənə bilər", - nəşr yazıb.
Chosen
32
50
moderator.az

10Sources