Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində parakarate komitəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AKF-nin bu gün keçirilən ümumi yığıncağında məlumat verilib.
Renat Əliyev komitənin sədri seçilib. Həmçinin, Azərbaycan Karate Federasiyasının Hakimləri Komitəsində yeni təyinat olub. Komitəyə Cahangir Babayev gətirilib.