Zaxarova Latviyanı kəskin tənqid edib.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Amerika prezidenti Donald Trampın yardımı dondurmaq haqqında fərmanından sonra Riqa ukraynalı tibb işçilərinin təlimini dayandırmaqla Vaşinqtondan tam asılı olduğunu nümayiş etdirir.
"Latviyada Trampın xarici ölkələrə yardımın dondurulması haqqında fərmanına görə ukraynalı həkimlərin təlimini dayandırırlar. Başımda vəziyyəti dəqiq səciyyələndirən D hərfi ilə hansısa söz fırlanır. Yadıma düşdü, Dürüstlük! Latviyaya sual: sən yalnız köləliyə düşmək üçün müstəqillik əldə etmisən?"-deyə, diplomat öz Telegram kanalında yazıb.
Bundan əvvəl Latviyanın “Vayvari” reabilitasiya mərkəzi ABŞ prezidenti Donald Trampın xarici yardım proqramlarını 90 gün müddətinə dondurmaq qərarından sonra ukraynalı tibb işçilərinin təlimini dayandırmışdı. LSM dövlət televiziyası və radiosunun məlumatına görə, Vaivari bazasında latviyalı mütəxəssislər ukraynalı həmkarları ilə hərbi əməliyyatların qurbanlarına yardımın göstərilməsi məsələsində təcrübə mübadiləsi aparıblar. Layihəni Vaşinqton maliyyələşdirib.
Aytən Yaşar/ Turkustan.az