EN

Sığorta şirkətlərinin yığımlarının məbləği açıqlanıb -RENKİNQ 2024

Ötən Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqqı toplanılıb.

Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 130 milyon 648 min manat və ya 10,6% çoxdur. 2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 222 milyon 537 min manat sığorta haqqı toplanılıb.

Bəhs olunan dövrdə ən çox sığorta haqqı “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən toplanılıb. Belə ki, şirkət ötən il 594 milyon 399 min manat sığorta haqqı toplayıb.

Ən az sığorta haqqı isə 1 milyon 538 min manat həcmi ilə “Bakı Sığorta” ASC toplayıb.

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta haqqları üzrə renkinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Sığorta şirkətləri

Sığorta haqqları (2024, yanvar-dekabr), (min manat)

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

594 399

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

317 560

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

90 939

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti

79 351

“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

76 436

“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

36 217

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

25 677

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

24 943

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

24 699

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

18 717

"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti

14 080

Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti

11 640

"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

11 366

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

10 394

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti

9 019

Əvəz Həsənov

Chosen
7
13
valyuta.az

10Sources