Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Parlamentinin Nümayəndələr Palatasının sədri Denis Zvizdiçi qəbul edib.
TurkicWorld xəbər verir ki, Ankarada yerləşən Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı şəraitdə baş tutub.
Görüşdə, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da iştirak edib.