EN

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Daşkənd şəhərində Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılması planlaşdırılır. Bu, Özbəkistan prezidentinin imzaladığı qərara əsasən həyata keçiriləcək. Universitetin əsas məqsədi türk dünyası ölkələri arasında siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə töhfə verməkdir

Bu barədə ölkənin "Norma" hüquqi portalı xəbər verib.

Yeni universitet mühəndislik, tikinti, logistika, İT, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, eləcə də iqtisadi və sosial sahələr üzrə kadrlar hazırlığını həyata keçirəcək. Təhsil prosesi beynəlxalq standartlara uyğun qurulacaq. Tədris proqramları aparıcı xarici universitetlərlə, xüsusilə Türkiyənin ali təhsil müəssisələri ilə birgə hazırlanacaq. Eyni zamanda, birgə təhsil proqramlarının reallaşdırılması və elmi araşdırmaların aparılması da nəzərdə tutulur.

Universitet tələbələrin akademik mobillik proqramları çərçivəsində xarici təhsil və elmi qurumlarla əməkdaşlıq edəcək. Təhsil müəssisəsi Özbəkistan Ali Təhsil Respublika Şurası və Türkiyə Ali Təhsil Şurasının təsisçiliyi ilə qeyri-dövlət universiteti statusunda fəaliyyət göstərəcək.

2025/2026-cı tədris ilindən etibarən təhsil prosesi dünya reytinqlərinin ilk 1000-liyinə daxil olan və öz istiqamətlərində lider sayılan Türkiyə universitetlərinin proqramları əsasında qurulacaq. Tələbələrin təhsili ödənişli-müqavilə əsasında təşkil ediləcək və qəbul parametrləri, təhsil haqqı universitet tərəfindən müəyyənləşdiriləcək.

Mənbə: oxu.az

Chosen
9
14
oxu.az

10Sources