EN

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta MƏLUMAT YAYILDI

Sosial şəbəkədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin adından saxta xəbər yayılıb.

Editor.az xəbər verir ki, guya XİN-in sözçüsü AZAL-a məxsus təyyarənin qəzaya düşməsi ilə bağlı Rusiyanın iştirakına dair mətbuatda yayılan xəbərləri şərh edib.

Qeyd edək ki, yayılan məlumat saxtadır və həqiqəti əks etdirmir. Nə Xarici İşlər Nazirliyinin rəsmi saytında, nə də Ayxan Hacızadənin sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.

Xarici İşlər Nazirliyindən də Oxu.Az-ın sorğusuna cavab olaraq xəbərin saxta olduğu təsdiqlənib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Chosen
3
17
editor.az

10Sources