EN

Buzovnada sahibkarlar çimərliyi zəbt etməyə çalışdılar – İCRA HAKİMİYYƏTİ MANE OLDU - FOTO

Çimərliklərin sahibkarlar tərəfindən zəbt edilməsi ilə bağlı dövlət tərəfindən uzun müddətdir mübarizə aparılır. Buna baxmayaraq hələ də Xəzərin sahillərinin zəbt edilməsi prosesi tamamilə başa çatdırılmır. Bununla bağlı müxtəlif maneələr də elə sahibkarlar və onları dəstəkləyən məmurlar tərəfindən yaradılır.

Avtosfer.az saytı olaraq, ötən həftə də Buzovna qayalıqları ilə əlaqədar zəbt olunma faktlarının mövcudluğu ilə bağlı xəbər dərc etmişdik. Qayalığın adının yenicə “təbiət qoruğu” statusu almasına baxmayaraq, hələ də Xəzər Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlamaqdan yayınmağa davam edir.

Buzovna qayalığında yerləşən tikililərdən bir neçəsinin qarşısını yenidən çəpərləməyə cəhd ediblər.

Əslində, bu tikililər də qayalığı zəbt edir, amma qayalıqda məlum söküntü işləri aparılanda onlar nədənsə toxunulmaz qalıb. Halbuki bu obyektlər Buzovna Qayalığı Dövlət Təbiət Abidəsinin ərazisində yerləşirlər.

Buzovna sakinlərinin sözlərinə görə, həmin obyektlər yaşayış evləri deyil, gündəlik kirayəyə verilən obyektlərdir. Artıq üçüncü dəfədir ki, bu obyektlərin sahibi onları çəpərləmək istəyir. Bu dəfə isə yerli icra hakimiyyəti artıq çəpərlərləmə işlərinə mane olub və onları söküb.

Səfər

Chosen
14
avtosfer.az

1Sources