EN

Neymar 6 aydan sonra Avropaya qayıdacaq

Neymarın gələcəklə bağlı planlarının yeni versiyası mediada yer alıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Belə ki, braziliyalı "Santos"la uzadılma imkanı olmadan 6 ay müddətinə müqavilə imzalayacaq. Nüfuzlu jurnalist Florian Plettenberq sosial şəbəkədə xəbər verir ki, növbəti mövsümdə 32 yaşlı futbolçu Avropaya qayıtmağı planlaşdırır. Daha əvvəl mətbuat Neymarın Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqaviləsini pozduğuna görə ödəməli olduğu 40 milyon avrodan imtina etdiyini yazmışdı.

 

Chosen
10
33
manset.az

10Sources