EN

"Müəyyən banklarda məsuliyyətsizliklər müşahidə edilir" - İQTİSADÇI FİKRİ

"Ümumiyyətlə insanlar müəyyən problemlər səbəbindən yəni bank kartlarından müəyyən vəsaitlərin oğurlanması halları, onlayn ödəniş sistemlərində olan problemlərdən dolayı müəyyən qədər tərəddüdlər yaşasalarda amma bütün hallarda proses olaraq qlobal dünya nağdsız ödənişlərə gedir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə müəyyən obyektiv və ya subyektiv səbəblərdən bu prosses uzana bilər: "Amma bütün hallarda gec və yaxudda tez kağız pullar və nağd ödənişlər olmayacaq. Yəni bu uzunmüddətli dövr ərzində bu vizyon artıq mövcuddur. Buna görə də insanlar nə qədər tez güvənərsə, tez bundan istifadə edərsə düşünürəm ki, bir o qədər yaxşıdır.

Bəs nağdsız ödənişlərdə problemlər olurmu? Bəli, olur. Müəyyən banklarda məsuliyyətsizliklər müşahidə edilir, müəyyən banklarda texniki olaraq idarə edə bilməmək müşahidə edilir, müəyyən banklarda təhlükəsizlik səviyyəsi yetəri qədər təmin olunmamışdır. Müəyyən insanlar özləri-özlərinin təhlükəsizliyini qorumurlar və bütün bunlar nağdsız kartla ödəniş növünə təsir edir və o ödəniş növünə qarşı etibarsızlıq yara bilir. Amma qeyd etdiyim kimi bütün hallarda proses olaraq nağdsız ödənişlər artıq qaçınılmaz bir istiqamətdir. Ölkəmizdə də hal-hazırda bank sistemi müəyyən qədər təhlükələrlə üzləşir. Misal üçün kimlərsə tərəfindən vətəndaşların vəsaiti bank kartı vasitəsi ilə ələ keçirilir. Lakin biz tez-tez istər televiziya vasitəsi ilə, istərsə də sosial şəbəkə vasitələri ilə Xüsusi Mühafizə Orqanları tərəfindən vətəndaşlara çağrışlar edilir. Çağırışlarda bildirilir ki, şəxsi bank kartı məlumatlarınızı tanımadıqınız insanlarla bölüşməyin. Ümumiyyətlə qeyd edə bilərəm ki, yaxın illər ərzində artıq nağd pullardan çox az yerdə istifadə olunacaq".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
13
50
sia.az

10Sources