Yanvarın 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Â
Bu barədə Şuradan bildirilib.
Â
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb, bununla bağlı fikir mübadiləsi aparılıb.
Â
İclasda Hakimlərin Qiymətləndirməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının tərkibi formalaşdırılıb. Eyni zamanda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.