“İrəli baxmalıyıq”.
İdman.biz xəbər verir ki, "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan kubokunun 1/8 finalında NTD ilə matçdan sonra deyib.
Belaruslu mütəxəssis yarışda mübarizəni dayandırmalarına münasibət bildirib: "Çox maraqlı bir qarşılaşmanın şahidi olduq. Komandamız öz oyununu sərgiləməyə çalışdı. Bəzi məqamlarda buna nail olduq. Rəqibin oyunçusu Əkbər Məmmədov yaxşı çıxış etdi. Onun uğurlu performansı xüsusi ilə 4-cü hissədə oyunumuzu göstərməyə mane oldu. Ümid edirik ki, ilk ev qələbəsi tezliklə gələcək".
Qeyd edək ki, “Lənkəran” – NTD qarşılaşması ev sahiblərinin 73:87 hesablı məğlubiyyəti ilə bitib.
İdman.biz