Qətər İsrail və HƏMAS arasında vasitəçi olmağa hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi əl-Ənsari məlumat verib.
Qətər Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün İsrail və Həmas arasında dolayı danışıqlarda vasitəçiliyə hazırlaşır.
“Atəşkəsin 16-cı günü (3 fevral) danışıqların başladığı gündür. Qətər buna can atır, amma reallıq budur ki, biz hazırlıq mərhələsindəyik. Biz bütün tərəflərlə qarşılıqlı əlaqəni davam etdiririk”, – əl-Ənsari qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az