EN

Kallas: Aİ Rusiyaya oyun konsollarının tədarükünü qadağan edə bilər

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, “Sony” şirkətinin “PlayStation” və “Microsoft” şirkətinin “Xbox” oyun konsolları Rusiyaya qarşı 16-cı sanksiya paketinə daxil edilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

"Biz həqiqətən də Rusiyanın müharibə aparmasına kömək edən hər şeyi sanksiya siyahısına daxil etmək üçün araşdırırıq. Hətta video oyun konsollarını da, çünki onların pilotsuz təyyarələri məhz bunlarla idarə etdiyi ehtimal olunur", - qəzet onun sözlərini sitat gətirir.

“Microsoft”, “Nintendo” və “Sony” şirkətləri 2022-ci ilin mart ayının əvvəlində Rusiyada məhsullarının satışını dayandırıb. Buna görə də Aİ-nin qadağası blok ölkələrindən olan və malları Rusiyaya satan üçüncü tərəflərə qarşı yönələcək.

Sanksiya siyahısına, həmçinin "Rusiyanın hərbi sənayesi üçün zəruri olan" kimyəvi maddələr daxil ediləcək və mayeləşdirilmiş təbii qazın idxalına məhdudiyyətlər qoyulacaq.

FT diplomatik mənbələrə istinadən əlavə edib ki, təklif olunan 16-cı paket, həmçinin Rusiyadan alüminium idxalının məhdudlaşdırılması üzrə tədbirləri də əhatə edəcək. Lakin bunun tam qadağa, yoxsa rüsumların tətbiqindən ibarət olacağı hələ məlum deyil.

Chosen
6
2
far.az

10Sources