EN

Məşhur reper artıq 19 ölkədən daha varlıdır – Siyahı


Amerikalı reper Kanye Uest 2,77 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı incəsənət adamı olub.
Yeniavaz.com
xəbər verir ki, o, “Instagram” sosial şəbəkəsindəki səhifəsində “Eton Ventures” analitik şirkətinin hesabatını dərc edib.
Beləliklə, reperin sərvəti 19 ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcmini geridə qoyub.
Son illər antisemit ifadələrinə görə, bir çox brendlərlə işini dayandırdığı üçün sərvəti 400 milyon dollara düşsə də, ilin sonuna yaxın Uestin sərvəti 2,77 milyard dollara yüksəlib.
Bununla da, Uest 2,5 milyard dollarlıq sərvəti ilə keçən ilin ən varlı incəsənət adamı olan Cey-Zini geridə qoyub.
Uestin sərvəti ilə geridə qoyduğu ölkələr və onların hazırkı ÜDM-lərinin həcmi belədir:
1. Tuvalu – 60 milyon dollar;
2. Nauru – 120 milyon dollar;
3. Palau – 300 milyon dollar;
4. Marşal Adaları – 250 milyon dollar;
5. Kiribati – 200 milyon dollar;
6. Mikroneziya Federal Dövlətləri – 400 milyon dollar;
7. San-Tome və Prinsipi – 500 milyon dollar;
8. Dominika –  600 milyon dollar;
9. Tonqa – 500 milyon dollar;
10. Sent-Kitts və Nevis – 1 milyard dollar;
11. Qrenada – 1,2 milyard dollar;
12. Samoa – 900 milyon dollar;
13. Vanuatu – 1 milyard dollar;
14. Sent-Vinsent və Qrenadinlər –  900 milyon dollar;
15. Komor adaları – 1,2 milyard dollar;
16. Solomon adaları – 1,5 milyard dollar;
17. Şərqi Timor – 2,5 milyard dollar;
18. Qvineya-Bisau – 1,5 milyard dollar;
19. Ekvatorial Qvineya – 2,5 milyard dollar.
Chosen
10
yeniavaz.com

1Sources