Aktual.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
"İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik”, - dövlət başçısı bildirib.