EN

Serbiyanın Baş naziri vəzifəsindən istefa vermək qərarı aldığını bildirib

 

Serbiya Baş naziri Milos Vuçeviç Novi Sad şəhərindəki dəmiryolu stansiyasında 15 nəfərin həyatını itirdiyi qəza sonrası hökumətə qarşı keçirilən etiraz aksiyalarının ardından vəzifəsindən istefa vermək qərarı aldığını bildirib. O, paytaxt Belqradda keçirdiyi mətbuat konfransında istefa qərarını açıqlayarkən ölkədə davam edən etiraz aksiyalarına münasibətdə sakit olunması və dialoqa çağırış edib. 

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə səhər saatlarında uzun bir görüş keçirdiyini qeyd edən Baş nazir "Vuçiç qərarımı və səbəblərimi qəbul etdi. Mən siyasətçilərin məsuliyyəti qəbul etməli və cəmiyyətdəki gərginliyin azaldılması üçün hazır olmalı olduqlarını düşünürəm" deyə bildirib. 

Vuçeviç Novi Sad şəhərindəki dəmiryolu stansiyasında baş verən qəzanın hökumətin işlərinə kölgə saldığını vurğulayaraq "Qəza günündən (1 noyabr 2024) bəri Serbiya sıxıntılı bir vəziyyətdədir. Hökumət olaraq məsuliyyəti qəbul etdik, 2 nazir istefasını təqdim etdi. Tələbələrin tələblərinin yerinə yetirilməsi üçün çalışdıq" deyə əlavə edib. Vəziyyətin getdikcə pisləşdiyini, tələbələrin dərsləri də boykot etdiyini xatırladan Baş nazir "Sanki görünməz bir əl gərginliyi artırmaq üçün çalışırdı. Bu səhər Novi Saddakı etirazlar zamanı bir qrup tələbənin hücuma məruz qaldığı və 1 nəfərin ağır yaralandığı xəbəri ilə oyandım. Qəbuledilməz bir vəziyyətdir. Hücum edənlər mütləq cəzalandırılacaq" deyə qeyd edib. O, istefa qərarını Novi Sad şəhərindəki hücum xəbərindən sonra aldığını bildirərək şəhərin meri Milan Curicin də vəzifəsindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Novi Sad şəhərindəki dəmiryolu stansiyasında 1 noyabrda beton örtüyün uçması nəticəsində 15 nəfərin həyatını itirdiyi qəza sonrası hökumətə qarşı tələbələrin ölkə miqyasında "Dayan, Serbiya" şüarı ilə etiraz aksiyalarına başladığı qeyd olunur. 



Chosen
9
5
trt.net.tr

10Sources