EN

Gədəbəydə kişi ona yemək verməyən arvadını döydü

Gədəbəy rayonunda 1983-cü il təvəllüdlü Orxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naidəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 sentyabr 2024-cü ildə Gədəbəy rayonunun kəndində baş verib. Orxan yaşadıqları evdə arvadı Naidə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gədəbəy rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır:

“Zərərçəkmiş Naidə arvadımdır. Sentyabrın 10-da,  saat 20 radələrində yaşadığım evə gəldim. Naidə mənə yemək verməyərək deyindiyi üçün onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı arvadım məni söydü. Onun məni söyməsindən əsəbləşdim. Başına və bədəninin müxtəlif nahiyələrinə əlim ilə zərbələr vuraraq onu döydüm”. 

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. 

Bu səbəbdən Orxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
12
demokrat.az

1Sources